RU
Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 500-ü keçib
15:30
922

Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 500-ü keçib

Gürcüstanda son sutka ərzində daha 1 543 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 20 nəfər ölüb.

7NEWS.Az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 633 443-ə, vəfat edənlərin sayı isə 16 505-ə yüksəlib.

Son bir gündə 3 198, ümumilikdə isə 1 581 376 nəfər müalicə olunaraq sağalıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ