Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 217 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 649 222, ölənlərin sayı isə 16 756 nəfərə çatıb. Virusa yoluxanlardan 1 627 958 nəfərin sağaldığı bildirilib.
7NEWS.Az








