RU
Gürcüstanda nazirliklərdən biri ləğv olunub
16:13
485

Gürcüstanda nazirliklərdən biri ləğv olunub

Gürcüstanın Diaspora İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib.

 

7News.Az gürcü mətbuatına istinadən xəbər verir ki, ədliyyə naziri Teya Sulukiani Diaspora İşləri üzrə Dövlət Nazirliyinin ləğvi barədə hökumətin qərarını təsdiqləyib. 

Sulukiani bildirib ki, bundan sonra nazirliyin funksiyasını Xarici İşlər Nazirliyi yerinə yetirəcək: "Baş nazir təsdiq edib ki, diaspora məsələsi bizim hökumətin prioritetləri siyahısından kənarda qalmayacaq və ləğv olunan nazirliyin idarəsi Gürcüstan Xarici İşlər Nazirliyi səlahiyyətlərinə daxil ediləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ