RU
Gürcüstanda nümayişlər 28 gündür davam edir
17:30
80

Gürcüstanda nümayişlər 28 gündür davam edir


7NEWS.az xəbər verir ki, Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlara başlamasının 4 il müddətinə dayandırılmasına qarşı nümayişlər 28-ci gündə də davam edib. Gün ərzində Tbilisinin müxtəlif küçələrində yürüş edən nümayişçilər, əvvəlki günlərdə olduğu kimi, gecə saatlarında da parlamentin qarşısına toplaşıblar. Nümayişçilər binanın qarşısındakı Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayaraq, Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ