Araşdırma aparılır.
Gürcüstanın Zuqdidi şəhərində “Bank of Georgia” bankının filialını oyuncaq tapança ilə soymağa cəhd ediblər.
7news.az “Qruziya Online”na istinadən xəbər verir ki, oğurluq cəhdinin qarşısı alınıb, cinayətkar həbs edilib.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, onun barəsində Gürcüstan CM 179-cu (oğurluq) maddəsi cinayət işi qaldırlıb, araşdırma aparılır.
7news.az








