Gürcüstanda son sutka ərzində virus daşıyıcıları daha 2 295 nəfər artıb.
7News.Az xəbər verir ki, qonşu ölkədə bu günədək 46 817 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 31 170 koronaviruslu xəstə sağalıb. Hazırda ölkədə aktiv virus daşıyıcısı olan 15 266 insan var.
Virusdan ölənlər isə 19 nəfər artaraq 381-ə çatıb.








