Gürcüstanda koronavirus daşıyıcılarının sayı artmaqda davam edir.
7News.Az xəbər verir ki, son sutka ərzində 1 709 nəfərə COVID-19 diaqnozu qoyulub və beləliklə, yoluxanların sayı 35 567-yə çatıb.
Daha 20 nəfər isə virusdan həyatını itirib. Bu günədək Gürcüstanda 273 nəfər koronavirusdan ölüb. Sağalan xəstələrin sayı isə 16 904-dür.
Qeyd edək ki, Gürcüstanda ümumilikdə 860 418 COVID-19 testi tətbiq edilib.








