Gürcüstanda xristian dininin təmsilçilərindən ibarət 20-30 nəfərlik qrup hava limanı yaxınlığında Roma Papası Fransiskin səfərinə etiraz olaraq aksiya keçirib.
Bu barədə 7News.Az Sputnik-ə istinadən xəbər verir.
Məlumata əsasən, onlar "Vatikan dini təcavüzkardır!”, "Papa - arxiyeretik, pravoslav Gürcüstan səni istəmir!” kimi şüarlar yazılan plakatlar qaldırıblar.








