7NEWS.az xəbər verir ki, Gürcüstanda dekabrın 14-də 300 nəfərlik komissiya tərəfindən ölkənin 6-cı prezidenti seçilən Mixail Kavelaşvili and içib. Keçmiş prezident Salome Zurabişvili bu gün hakimiyyəti Gürcüstanın yeni prezidenti Kavelaşviliyə təhvil verməlidir. Daha əvvəl parlament seçkilərini tanımadığını açıqlayan Zurabişvili transferi həyata keçirməyəcəyini bəyan edib. Gürcüstanda noyabrın 28-də başlayan Avropa İttifaqı tərəfdarı nümayişlər 32 gündür ki, davam edir.








