RU
Narkotik satan qardaşlar saxlanıldı
16:20
569

Narkotik satan qardaşlar saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7News.Az-a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb.

Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib.

 

Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri - Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ