Gürcüstanda ötən sutkada koronavirusa 2 345 yeni yoluxma faktı təsdiqlənib, 3 560 nəfər sağalıb, 51 pasiyent isə vəfat edib.
7News.Az xəbər verir ki, qonşu ölkədə COVID-19-a ümumilikdə 214 871 nəfər yoluxub. Onların 191 968-i sağalıb, 2 233-ü dünyasını dəyişib.
Karantin rejimində 455, stasionar nəzarətdə 6 358 nəfər var. 1 600 nəfər xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
7News.Az








