Gürcüstanın paytaxtı Tbilisi yaxınlığındakı Rustavi şəhərində silahlı şəxs bazara atəş açıb. İlkin məlumata görə, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
7NEWS.az xəbər verir ki, ilkin məlumata görə, Gürcüstanın Rustavi şəhərində silahlı şəxsin bazara atəş açması nəticəsində 4 nəfərin həyatını itirdiyi açıqlanıb. Paytaxt Tbilisidən 20 kilometr aralıda olan şəhərdə baş verən hücumda 1 nəfərin yaralandığı bildirilib.
7NEWS.az








