Bir həftə əvvəl özgə maşınında və üzərilərində tapança ilə saxlanılan iki kişi Gürcüstanda törədilmiş qətl hadisəsində də şübhəli bilinir.
7news.Az-ın "Report”a istinadən məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilib. Verilən məlumata görə, Peterburq və Moskvada yaşamış 42 yaşlı kişinin meyiti sentyabrın 11-də, Tbilisidə yerləşən restoranlardan birinin qarşısında saxlanılmış maşının içərsində aşkar edilib. O, bir neçə atəşlə qətlə yetirilib.
İstintaq Komitəsi oktyabrın 24-də Peterburqda saxlanılımış iki Azərbaycan vətəndaşı qətldə şübhəli bilir. Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə (Qətl) cinayət işi qaldırılıb.
Hazırda şübhəli şəxslərin həbs olunması və onlara qarşı ittiham irəli sürülməsi məsələsinə baxılır.
Araşdırma davam etdirilir.
7news.Az








