Gürcüstanın Acarıstan bölgəsinin Kobuleti rayonunda meşədə asılı vəziyyətdə kişi meyiti aşkarlanıb.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Hadisənin bu yaxınlarda baş verdiyi bildirilib. Meyitin 32 yaşlı hərbçi Mövlud Bendelianiyə məxsus olduğu müəyyən edilib.
Hərbi qulluqçunun yaxınları onun sui-qəsd etdiyinə inanmırlar. Onlar faktla bağlı təxirəsalınmaz istintaqın aparılmasını tələb ediblər.
M.Bendeliani 2008-ci ilin avqust müharibəsinin iştirakçısı olub. O, Əfqanıstanda sülhməramlı missiyada da xidmət edib.
Qeyd edək ki, bu, son günlərdə Gürcüstanda hərbçi ölümü ilə bağlı qeydə alınmış artıq üçüncü faktdır. Ötən gün Müdafiə Qüvvələrinin 45 yaşlı zabiti Şalva Tabatadze Qori bələdiyyəsinin Ortaşeni kəndində ölü tapılıb. Müdafiə Qüvvələrinin kapralı 31 yaşlı David Turkadze isə fevralın 9-da Rustavi şəhərində yanacaqdoldurma məntəqəsində saxladığı maşınında ölmüş halda tapılıb.
12:09
Gürcüstanın Rustavi şəhərində Müdafiə Qüvvələrinin kapralı ölü tapılıb.
Bu barədə yerli mətbuat yazıb.
Məlumatlara əsasən, hadisə fevralın 9-da baş verib. 31 yaşlı David Turkadzeni dostu yanacaq doldurma məntəqəsində saxladığı maşınında huşsuz vəziyyətdə aşkarlayıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, lakin həkimlər hərbçini həyata qaytara bilməyiblər.
D.Turkadzenin ölümünə səbəbin dəm qazından zəhərlənmə və yaxud dozadan artıq narkotik vasitə qəbulunun olduğu ehtimal edilir.
Gürcüstanın Müdafiə Nazirliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, bu, son günlərdə Gürcüstanda hərbçi ölümü ilə bağlı qeydə alınmış ikinci faktdır. Belə ki, ötən gün Müdafiə Qüvvələrinin 45 yaşlı zabiti Qori bələdiyyəsinin Ortaşeni kəndində ölü tapılıb. Onun yol qəzası nəticəsində öldüyü ehtimal edilir./report
7NEWS.Az








