RU
Gürcüstanda xarici agent qanunu təsdiq edildi
16:00
30

Gürcüstanda xarici agent qanunu təsdiq edildi


Gürcüstanda müzakirələrə və etirazlara səbəb olan "xarici agent” qanunu kimi də tanınan "Xarici təsirin şəffaflığı” qanunu ABŞ və Avropa İttifaqının (Aİ) bütün təzyiq və sanksiya təhdidlərinə baxmayaraq qüvvəyə minib.

7NEWS.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezident Salome Zurabişvilinin vetosunu üstələyən xarici agentlər haqqında qanunu imzaladığını bəyan edib. Mayın 28-də Gürcüstan parlamenti 7 saatlıq müzakirələrdən sonra prezident Zurabişvilinin xarici agentlər haqqında qanuna veto qoymasını aradan qaldıraraq onu ilkin formada qəbul edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ