RU
Gürcüstanın baş naziri Türkiyədə səfərdədir
14:40
1401

Gürcüstanın baş naziri Türkiyədə səfərdədir

Ankara bu səfəri regionda sabitlik nöqteyi-nəzərindən qiymətləndirir. 

7news.Az “Qruziya-Online” istinadən xəbər verir ki, Gürcüstanın baş naziriGiorgi Kvirikaşvilinin Türkiyəyə rəsmi səfəri başlayıb. 

Qonağı qarşılayan Türkiyə nəqliyyat naziri Əhməd Arslan Ankaranın bu səfərə böyük əhəmiyyət verdiyini və regionda sabitlik nöqteyi-nəzərindən qiymətləndirdiyini bildirib. 

Birgünlük səfər çərçivəsində G.Kvirikaşvili baş nazir Binəli Yıldırım, Türkiyə parlamentinin sədri İsmayıl Kahramanla görüşəcək. 

Bununla yanaşı, Türkiyə-Gürcüstan Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçiriləcək. İclasın yekununda iki ölkə hökuməti arasında əməkdaşlıq haqqında sazişlər imzalanacaq. Görüşdən sonra Gürcüstan və Türkiyə baş nazirləri birgə bəyanat verəcəklər. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ