RU
Gürcüstanın
12:20
36

Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının ofisinə hücum edilib

Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisinə hücum edilib.

Bu barədə partiya bəyanat yayıb.

Yayılan bəyanatda qeyd edilib ki, hücumda 100-ə yaxın adam iştirak edib:
"Hücum yarım saatdan çox davam edib. Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, avadanlıqlar ziyan görüb".

"Bu, Gürcüstanın maraqlarını qoruduğuna və gürcü xalqının yanında olduğuna görə "Vahid Milli Hərəkat”a hakimiyyətin cavabıdır", - deyə bəyanatda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ