RU
Gürcüstanla sərhəddə külli miqdarda qaçaqmal aşkar edildi
22:53
861

Gürcüstanla sərhəddə külli miqdarda qaçaqmal aşkar edildi

Azərbaycanın Gürcüstanla sərhədində qanunsuz yolla keçirilməsinə cəhd edilən külli miqdarda araqlar və siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Gürcüstandan respublikamıza gələn Azərbaycan vətəndaşlarından 100 ədəd 1 litrlik, 147 ədəd 0,5 litrlik “Nemiroff” markalı araqlar, həmçinin 20 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

7news.Az

 

Gürcüstanla sərhəddə külli miqdarda qaçaqmal aşkar edildi - Foto

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ