RU
Gürcüstanla Türkiyə arasında sərhəd yük maşınları üçün bağlanıb
11:30
41

Gürcüstanla Türkiyə arasında sərhəd yük maşınları üçün bağlanıb

Xaşuri-Atskuri yolunun Gürcüstanın Türkiyə ilə sərhədindəki Vale şəhərinə gedən hissəsi güclü qar yağması səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

"Güclü qar yağması, temperaturun aşağı düşməsi və s. problemlərlə əlaqədar Xaşuri-Axaltsixe-Vale beynəlxalq avtomobil yolunda qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib”, - məlumatda qeyd edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ