Amerikalı aktyor, bodibilder və ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger öz bədənindən iyrəndiyini deyib.
7News.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor əvvəlki əzələli bədənini itirdiyi üçün təəssüfləndiyini dilə gətirib. O, hətta güzgüyə baxdıqda oradakı əksinə qusmaq istədiyini söyləyib.
Dünya Bodibildinq Çempionu olduğu dövrdə belə bədənini bəyənmədiyini bildirən 69 yaşlı ulduz ayağından aldığı xəsarətdən dolayı uzun müddətdir ki, idman edə bilmir. Onun sözlərinə görə, bu vəziyyət onu çox narahat edir.
7News.az
















