RU
Göyçay bazarında qəza: Xəsarət alanlar var - FOTO
16:11
105

Göyçay bazarında qəza: Xəsarət alanlar var - FOTO

Göyçay rayonunda insanların sıx olduğu yerdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki "Təzə Bazar”da qeydə alınıb.

 

VAZ-2199 markalı minik avtomobili ilə bazarın içərisində hərəkət edərkən qəflətən idarəetməni itirib, maşın piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarətlər alıblar.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ