RU
Göyçay polisi əməliyyat keçirdi
11:50
625

Göyçay polisi əməliyyat keçirdi

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə yaxalandı.

Şübhəli şəxs qismində saxlanılan Göyçay sakini 43 yaşlı Ehtiram Orucovdan 5,350 qram, 22 yaşlı Elvin Usubovdan 1,143 qram tiryək, 26 yaşlı Cavid İsmayılovdan 8,35 qram və Azad Mürsəlovdan 11,41 qram qurudulmuş marixuana götürülüb. Bundan əlavə, Göyçay sakini 27 yaşlı Sahib Musayev hələlik məlum olmayan mənbədən əldə etdiyi 6,73 qram qurudulmuş marixuanadan 0,86 qramını həmyerlisi Təbriz Tarverdipura satarkən tutulub. Rayonun Potu kənd sakini Rauf Umudovun yaşadığı evin həyətinə baxış keçirilərkən oradan 6 ədəd çətənə kolu və ümumi çəkisi 5 kq 645 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb.
Kəpəz Tv ( Region Tv )

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ