RU
Göyçayda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb
11:40
40

Göyçayda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb

Göyçay rayonunda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.

Rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ