Mırtı kənd məktəbinin şagirdi hadisə yerində dünyasını dəyişib.
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Mırtı kəndində qeydə alınıb.
Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub.
Hadisə zamanı ağır bədən xəsarətləri alan Pərvin Əzizov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Mırtı kənd orta məktəbinin 5-ci sinif şagirdi Pərvin Əzizov orada dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa
7news.az








