Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 193-cü kilometrliyində rayonun Qara Məryəm kəndindən keçən ərazisində qeydə alınıb.
Belə ki, Göyçay istiqamətində hərəkətdə olan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Akşin Məcnun oğlu Ağayevin idarə etdiyi Toyota markalı minik avtomobili qəfildən yola çıxan atı vurub.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report
7news.Az








