"13 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisindəki məişət tullantıları poliqonunu sel suları basıb”.
Bu barədə Göyçay Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, sel sularının zibil poliqonunu basması nəticəsində oradakı məişət tullantıları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb:
"Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür”.
10:36
Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
7News.Az xəbər verir ki, ötən gün Göyçay rayonunda çaydan sel keçib.
Nəticədə çay yatağını zibil və məişət tullantıları tutub.
Həmin görüntüləri təqdim edirik: /oxu








