Göyçayda yanğın hadisəsi qeydə alınıb.
7news.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay rayonu, Qaraməryəm kəndində vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.az








