RU
Göyçayda CİNAYƏT: Lisey şagirdi adam bıçaqladı
16:05
381

Göyçayda CİNAYƏT: Lisey şagirdi adam bıçaqladı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərində qeydə alınıb. Rayonun Bığır kənd sakini, Göyçay Peşə Liseyinin şagirdi, 1997-ci il təvəllüdlü Eyyubov Ramil Faiq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Şuşa şəhərindən olan məcburi köçkün, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında yaşayan, 1998-ci il təvəllüdlü Vəliyev Elnur Pənah oğlunu bıçaqlayıb. Elnur Vəliyev təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onu xilas ediblər.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ