RU
Göyçayda qalmaqallı cinayət işi ört-basdır edilir
13:27
5198

Göyçayda qalmaqallı cinayət işi ört-basdır edilir

Anar Allahverdiyev qardaşını həbsdən çıxarıb

Daha əvvəllər qardaşı uşaqlarını küçəyə atan sirrli gənc Anar Abdullayev bir müddət əvvəl öz qaynını bıçaqlayan qardaşı müşviq Allahverdiyevi həbsdən çıxarmağa nail olub.
 
Bu barədə AzMedia.info-ya Göyçaydan daxil olan məlumatda bildirilir ki, hüquq mühafizə orqanlarını ələ almaq çox asan olsa da, zərərçəkmişlə anlaşmaq problemə çevrilib. Hazırda Anar Allahverdiyevin zərsəkmişin vəkili vasitəsi ilə keçmiş qohumu ilə anlaşmağa çalışdığı qeyd olunur.
 
Xatırladaq ki, martın 29-da saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində, Göyçay rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Müşfiq Ağayusif oğlu qaynı, Potu kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov İlqar Əli oğluna döş qəfəsi və ayaq nahiyyəsindən 3 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd edib. Hadisə İlqar İsgəndərova məxsus məişət avadanlıqları mağazasının qarşısında baş verib. Hadisə zamanı Müşfiq Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Hadisəyə İlqar İsgəndərovun Müşfiq Allahverdiyevin sabiq həyat yoldaşının qardaşı ilə aralarındakı ailə münaqişəsindən sonra boşanma üçün məhkəməyə müraciət etməsi səbəb olub. Ağır bədən xəsarətləri alan İlqar İsgəndərov təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
 
Lakin sonradan Müşviq Abdullayev bıçaqlayıb öldürmək istədiyi İlqar İsgəndərovun ölmədiyini və xəstəxanada əməliyyat olunduğunu öyrənərək başladığı işi bitirmək üçün Göyçay Mərkəzi rayon Xəstəxanasına basqın edib. Polis cinayətkarı elə xəstəxanadaca həbs edib.
 
Mətbuat üçün bu hadisəninin diqqətçəkiciliyi isə Regionxeberleri.com saytının yaydığı xəbərdəki bir cümlə ilə idi. Həmin xəbərdə bildirilirdi ki, Müşfiq Allahverdiyevin qardaşı Anar Allahverdiyev Dövlət Gömrük Komitəsində broker işləyir. Bu həmin Anar Allahverdiyev idi ki, bir neçə ay əvvəl qardaşının həyat yoldaşını evdən qovduğuna görə mətbuatın gündəminə gəlmişdi. 
 
Qeyd edək ki, ötən ilin dekabr ayında Göyçay sakini, iki uşaq anası Ülviyyə Allahverdiyeva aclıq aksiyası keçirərək mətbuatın gündəminə gəlmişdi. Aclıq aksiyası keçirən Göyçay rayonu, Potu kənd sakini Ülviyyə Allahverdiyevanın  etirazının səbəbi olaraq bildirmişdi ki, həyat yoldaşından boşandıqdan sonra qaynı Anar Allahverdiyevin təzyiqləri altında iki uşağıyla birlikdə küçələrdə qalıb. Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayan Ülviyyə Allahverdiyeva bildirmişdi ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində mühüm postda çalışan Anar Allahverdiyev onu ölümlə təhdid edir və ailə həddindən artıq varlı olmasına baxmayraq, onu iki uşağı ilə küçəyə atıblar. Öz növbəsində Ülviyyə Allahverdiyeva  müraciətində bildirmişdi ki, Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli onun haqqlarını qorumaq əvəzinə iki uşağı ilə küçəyə atılmış ananı həbslə hədələyir.
 
AzMedia.info saytının dünən Göyçada baş verən bıçaqlama hadisəsindən sonra apardığı araşdırma isə tükürpədici faktları ortaya qoyub. Qeyd edək ki, martın 29-da Göyçayda öz qaynı İlqar İsgəndərovu bıçaylayan Müşviq Allahverdiyev məhz Ülviyyə Allahverdiyevanın həyat yoldaşı və küçəyə atılan iki uşağın atasıdır. 
2423
Anar Allahverdiyevin küçəyə atdığı uşaqlar
 
AzMedia.info saytının əldə etdiyi qeyri rəsmi məlumata görə Anar Allahverdiyevin küçəyə atdığı uşaqlara H.Əliyev adına Fond sahib çıxıb və onları evlə təmin edib.
 
Anar Allahverdiyev ABŞ-dan gələrək qardaşını həbsdən qurtarıb
 
Hadisədən sonra ortaya çıxan məlumatlardan, xüsusən Allahverdiyevləri Göyçayda tanıyan şəxslərdən aldığımız məlumata əsasən Allahverdiyev qardaşları Göyçayda həddindən artıq varlı ailə kimi tanınırlar. Varlı olmalarına görə isə qardaşlar “Broker” MMC-də çalışan Anar Allahverdiyevə borcludurlar. İlin çox hissəsini xaricdə, xüsusəndə ABŞ-da keçirən Anar Allahverdiyev, (bu barədə başqa bir yazımızıda ətrflı bəhs edəcəyik), əvvəllər öz sərvətinin mənbəyini və gördüyü işi gizlətmək üçün özünü Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri, deputat Cavid Qurbanovun yaxın adamı kimi tanıdıb. Lakin bıçaqlanma hadisəsi baş verdikdən sonra bəlli oldu ki, Anar Allahverdiyev heç də Cavid Qurbanovun deyil Dövlət Gömrük Komitəsindəki "gizli ələ" borcludur.
 
Göyçadakı mənbənin AzMedia.info-ya bildirdiynə görə qardaşı həbs olunduqdan sonra Anar Allahverdiyev geri qayıdıb və Müşviq Allahverdiyevi zaminə buraxdırıb. Hazırda isə Göyçayın polis rəisi ilə birlikdə məsələni unutdurmağa çalışırlar. Mənbənin iddiasına görə Anar Allahverdiyev qardaşının zəbsdən azad olunması üçün 30 min manat xərc çəkib. 
 
Mənbə bildirir ki, Anar Allahverdiyev eyni zamanda daha əvvəl iki uşaqla küçəyə atdığı gəlinləri Ülviyyə Allahverdiyevanı və zərərçəkmiş İlqar İsgəndərov da ələ almağa çalışıb. Lakin hələ ki, bu istəyinə nail ola bilməyib. İşləri ilə bağlı yenidən ABŞ-a qayıdan Anar Allahverdiyev İlqar İsgəndərovun vəkili ilə əlaqə saxladığı və vəkildən bu işi yoluna qoymağı xahiş etdiyi bildirilir. Hazırda isə bütün bu işlərlə Anar Allahverdiyevin digər qardaşı Əlisa Allahverdiyə tapşırdığı qeyd olunur. Bundan başqa mənbə iddia edir ki, İlqar İsgəndərovu bıçaqladığı üçün həbsə olunan və qardaşının ABŞ-ndan yardıma gəlməsi nəticəsində zaminə buraxılan Müşviq Allahverdiyev narkotik aludəçisidir. Onun ailəsindən ayrılmasına da səbəb məhz narkotik aludəçiliyi göstərilir. Mənbə bildirir ki, ictimai təhlükəliliyi olan Müşviq Allahverdiyevin azadlığa çıxması İlqar İsgəndərovu və Ülviyyə Allahverdiyevanı qorxudur. Onlar Müşviq Allahverdiyevin yenidən onları öldürməyə cəhd edəcəyindən ehtiyatlanırlar.
 
Mövzu diqqətimizdə olacaq...
 
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ