RU
Göyçayda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb
21:40
538

Göyçayda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göyçay rayonu, İnçə kəndində yerləşən, fiziki şəxs Sədiyev Vasif Ağasəf oğluna məxsus kafedə yoxlama keçirilib.

AQTA-dan 7NEWS.Az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və müəssisədə sanitar vəziyyətin qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən olunub. Eyni zamanda, əməkdaşların dövri tibbi müayinədən keçirilmədiyi aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
 
 7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ