Göyçay rayonunda mikroavtobus aşıb.
7news.Az APA-ya istinadən xəbər verir ki, Göyçay-Sumqayıt sərnişin mikroavtobusunun yoldan çıxaraq aşdığı bildirilir.
Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Bığır kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.
7news.Az







