RU
Göyçayda toy təşkilatçısı cərimələnib
18:40
3470

Göyçayda toy təşkilatçısı cərimələnib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, Ləkçıplaq kəndində Müşviq Daşdəmirova məxsus evin həyətində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də iştirakçılardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar M.Daşdəmirov barəsində inzibati tənbeh tədbiri görülüb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ