RU
Göyərçin oğlan, canavar qızlar, toyuq uşaq - Vəhşi heyvanların böyütdüyü insanlar - FOTO+VİDEO
10:05
971

Göyərçin oğlan, canavar qızlar, toyuq uşaq - Vəhşi heyvanların böyütdüyü insanlar - FOTO+VİDEO

Meymunların əhatəsində böyümüş, yaşamış məşhur Tarzanın həyatını əks etdirən çoxseriyalı film, habelə Mauqli haqqında cizgi filmi, eləcə məşhur Adreano Çelentanonun əsas qəhrəmanı olduğu "Binqi Bonqo” bədii filmləri, demək olar, hər birimizin uşaqlıq illərində ən çox izlədiyimiz ekran əsərləridir. Hələ körpə yaşlarında heyvanların əhatəsinə düşmüş, meşələrdə, cəngəlliklərdə böyümüş, yırtıcılara qarşı mübarizədə qalib gəlmiş qeyri-adi insanların həyatını əks etdirən filmləri elə bu gün də dönə-dönə izləməkdən doymuruq. Bu yazıda söhbət açacağımız, heyvanların böyütdükləri qeyri-adi insanların həyatını əks etdirən maraqlı faktlar isə hər hansı yazıçının təxəyyülünün məhsulu deyil. Hələ uzun illər hər kəsin diqqətini cəlb edəcək qeyri-adi yaşam tərzi ilə bağlı faktlar sizi də dəhşətə gətirəcək.

7News.az heyvanların böyütdükləri insanların həyatının maraqlı məqamlarını təqdim edir:

Quş damında böyümüş göyərçin oğlan

2002-ci ildə anadan olmuş "göyərçin oğlan” Vanya Yudin anası tərəfindən ikiotaqlı quş damına atıldığından orada böyümüşdü. Anası onu heç sevməmiş, övladına göyərçinlərindən biri kimi baxmışdı. 2008-ci ildə Rusiyada Volqoqrad fəhlələri tərəfindən tapılan Vanya Yudin ev quşları kimi qollarını yana açaraq uçmağa can atırdı. O, bunu 6 il birlikdə yaşadığı göyərçinlərdən və tutuquşulardan öyrənmişdi. Vanya Yudini müəyyən etmiş Qalina Volskaya uşagı cəmiyyət həyatına öyrətməyə çox çalışdı. Psixoloji yardım mərkəzinə yerləşdirilmiş Vanyanın hələ də bir sıra problemləri mövcuddur.

Şimpanzelərin himayə etdiyi 6 aylıq körpə

Nigeriyalı Bello 1996-cı ildə ölkəsinin cəngəlliklərində aşkar edilmişdi. Lakin bu, ictimaiyyətdən olduqca gizli saxlanılırdı. 2002-ci ildə populyar qəzetlərdən biri Kanoda atılmış uşaq barədə sensasiyalı xəbər yaydı. Həmin vaxt ölkə mətbuatı onu "şimpanze oğlan” adlandırırdı. Mütəxəssislər 2 yaşında tapılmış bu uşağın valideynləri tərəfindən 6 aylığında meşəyə atıldığını müəyyən etdilər. Şimpanzelər onlara heç bir ziyan vurmayan, köməksiz körpəni öz ailələrinin üzvü hesab edərək Bellonu hər cür qayğı ilə əhatə etmişdilər.

Nigeriyada ailələrdən biri tərəfindən himayəyə alınan bu uşaq həmyaşlarının əhatəsində olmasına baxmayaraq, danışmağı, ünsiyyət qurmağı öyrənə bilmədi və 2005-ci ildə müəmmalı şəkildə dünyasını dəyişdi.

Hindistanın canavar oğlanı

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ