Elektrik məftillərinə ilişən göyərçin dronla xilas edilib.
Qəribə xilasetmə əməliyyatı Peruda baş tutub.
Quşcuğazın ayağındakı ip məftillərə ilişib. Peru polisi onu xilas etmək üçün qeyri-adi yol seçib.
Bir bıçaq drona bağlanıb və uçurulub. Bununla bıçaqla ip kəsilib.
Yerə enən göyərçin heyvan sığınacağına aparılıb.








