Enmə-qalxma zolağında təkərləri sürüşən təyyarə çaya düşüb.
7News.Az Mirror-a istinadla xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib.
Quantanamo aerportundan havalanan Boeing 737 təyyarəsi tormoz mexanizmində baş verən problemlə əlaqədar olaraq Müqəddəs Con çayına düşüb.
Hadisə vaxtı göyərtədə 136 sərnişin və 7 ekipaj üzvü olub. Onlar qısa zamanda xilasetmə briqadasının köməkliyi ilə sudan çıxarılıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
7News.Az qəza ilə bağlı görüntüləri təqdim edir:
7News.Az









