Göyərtəsində 22 nəfərin olduğu tankerdə yanğın başlayıb.
7News.Az Sputniknews-a istinadla xəbər verir ki, yanğında azı 1 nəfər həlak olub. Digər 21 nəfər isə köməksiz vəziyyətdə qalıblar.
Honq Konqa aid Lamma adasında baş verən partlayış nəticəsində sahildəki tankerdə yanğın başlayıb.
Məlumatı "South China Morning Post" qəzeti yayıb.
Yanğın zamanı suya tullananlar da olub. Hazırda əraziyə helikopterlər cəlb edilib, itkin düşənlər axtarılır.
7News.Az









