Göygöl rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb. Yolun kənarında dayanan “MAZ” markalı avtomobil qəflətən dayandığı yerdən hərəkət edib. Qardaşına məxsus avtomobili dayandırmağa cəhd edən, 1987-ci il təvəllüdlü Eldəniz Aslanov avtomobilə divarın arasında qalaraq dünyasını dəyişib.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır./apa
7news.az








