Göygöl rayon Topalhəsənli kəndində 37 yaşlı kişiyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.
Rayonun Topalhəsənli kəndinin sakini, 37 yaşlı M.Yusibova bıçaqla xəsarət yetirməkdə, 1993-cü il təvəllüdlü X.Muradov şübhəli bilinir. O, hadisəni törətdikdən sonra qaçıb.
Hazırda polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma davam edir.
21:14
Göygöldə bıçaqlanma hadisəsi olub.
Rayonun Topalhəsənli kəndində 37 yaşlı M.Yusibov bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Onun mübahisə zəminində bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
7NEWS.Az








