Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Göygöl Təlim Bazasında təlimlərlə start verilib. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, təlimlər mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirici xarakter daşıyır. Təlimlərdə müxtəlif dövlət qrumlarının 40-a yaxın nümayəndəsi iştirak edir. Təlimlərdə mina və partlamamış hərbi sursatlar vizual tanınması üçün maket şəklində təlim iştirakçılarına nümayiş olunub.

















