RU
Göygöldə avtomobil qəzası zamanı ağır xəsarət alan qadın xəstəxanada vəfat edib
23:20
518

Göygöldə avtomobil qəzası zamanı ağır xəsarət alan qadın xəstəxanada vəfat edib

Bir müddət əvvəl Göygöldə avtomobil qəzası zamanı ağır xəsarət alan qadın xəstəxanada ölüb.

Minik avtomobilinin ağaca çırpılması nəticəsində ağır xəsarət alan 1997-ci il təvəllüdlü Aişə Hacıyeva müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, hadisə dekabrın 1-də Göygöl rayonunda qeydə alınıb.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Bəsti Aslanova hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ