Göygöl rayonunda bıçaqlanma baş verib.
7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb. 37 yaşlı Mehriban Hacıyeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı dərhal yaxınlarının köməyi ilə Gəncə şəhər TTYX-a çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırmalara başlanılıb.
7news.az








