RU
Göygöldə iki avtomobil toqquşub, yaralı var
23:46
265

Göygöldə iki avtomobil toqquşub, yaralı var

Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
 
Hadisə yanvarın 24-də saat 22 radələrində rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan gedən “QAZel”-ə çırpılıb.
 
Qəza zamanı “VAZ”-ın sürücüsü, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1990-cı il təvəllüdlü Kamil Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır. /apa
 
7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ