Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik maşını yolu keçmək istəyən 1987-ci il təvəllüdlü N.Ələsgərovu vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.








