Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında "Niva” markalı avtomobillə "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Qəza zamanı "VAZ 2107” markalı avtomobildə olan 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.
Avtomobildə olan 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. "Niva” markalı avtomobildə olan 1975-üc il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Ramil, 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar./apa
7news.Az








