RU
Göygölə 25-30 santimetr qar yağdı: ağaclar qırıldı - FOTOLAR
13:17
421

Göygölə 25-30 santimetr qar yağdı: ağaclar qırıldı - FOTOLAR

Ölkə ərazisinə yağan güclü yağışların bölgələrdə qara keçməsi bəzi fəsadlara yol açıb.

Ötən gecədən yağan güclü qarın hündürlüyü Göygöl Milli Parkının ərazisində 25-30 santimetrə çatıb. Qarın yağması güclü küləklə müşayiət olunub. Güclü külək və qarın ağırlığından qoruq ərazisindəki kövrək ağaclar qırılıb.

Məlumata görə, Milli Parka gedən yol buz bağladığından hərəkətdə müvəqqəti çətinliklər yaranıb.

Qeyri-sabit hava şəraitinə baxmayaraq, Gəncə şəhərində qazın, işığın və suyun verilməsində problemlər yoxdur./trend

7News.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ