RU
Gözaltı qara ləkələrdən qurtulun
13:29
1584

Gözaltı qara ləkələrdən qurtulun

Göz ətrafında tünd, bənövşəyi, qara torbalar ən çox rast gəlinən problemlərdən biridir.

Göz ətrafındakı dərinin açıq rəng olması qadınları daha gənc göstərir. Əlbəttə ki, göz ətrafında olan bu cür problemlər müalicə oluna bilər. 

Gözaltların tünd və ya bənövşəyi olmasının ən əhəmiyyətli səbəblərindən biri də genetik faktordur. Yəni bir ailənin üzvlərinin göz ətrafı (xüsusilə gözaltları) normal dəridən daha tünd və ya bənövşəyi ola bilər. Budan başqa, yorğunluq, yuxusuzluq, kompüterdən çox istifadə etmək, spirtli içkilər, siqaret də göz ətrafında rəng dəyişikliyinə səbəb ola və ya mövcud problemi artıra bilər.

Əsas diqqət edilməli məqam hər hansı xəstəliklə bağlı rəng dəyişikliyidir. Gözaltılarındakı tündlük və bənövşəyi rəng böyrək, allergik xəstəliklər, atopik eqzema, sinusit kimi ciddi xəstəliklərin əlaməti ola bilər. Genetik xüsusiyyətlər səbəbindən göz ətrafındakı tündlük dərinin altının bağ toxumasının incə, damarların səthi olması kimi səbəblərdən meydana gəlir. Bunun tam olaraq müalicəsi mümkün deyil. Lakin bəzi müalicələrlə tündlükləri  azaltmaq olar.

Həmin müalicə üsulları bunlardır:

1. Lazer müalicə

Lazer üsulu vasitəsilə göz altındakı damarlar və damarların səthi olmasından qaynaqlanan bənövşəyi rəng azaldıla bilər. Bundan başqa, lazer dərinin kollagenini artıraraq altdakı damarların rənginin səthə əks olunmasını azaldır. Orta hesabla 3-5 seans tələb edilir.

2. Kimyəvi pilinq

Bu, gözaltındakı dərinin meyvə turşuları və bənzəri məhlullarla soyulma əməliyyatıdır. Gözaltı tündlüyün azaldılmasında təsirli vasitədir.

3. Gözaltı dolğular

Gözaltında bənövşəyi ləkələrin aradan qaldırılmasında ən təsirli üsuldur. İstifadə edilən hyaluron turşusu ilə həm göz altındakı boşluqlar doldurulur, həm də dəri altına yerləşdirilən bu dolğu bənövşəyi rəngin azalmasını təmin edir. Bu da qadına daha gənc bir görünüş qazandırır. İstifadə edilən hyaluron turşusu bədənə uyğun bir maddədir, zərərli deyil. Zamanla bədən tərəfindən sorulur, yəni qalıcı deyil. Təxminən 8 ay sonra təkrar tətbiq tələb edilir.

4. Mezoterapiya

Gözaltına tətbiq edilən vitamin inyeksiyasıdır. Dərini cavanlaşdırmaq üçün istifadə edilir.  Həm də gözaltı qaralmalara qarşı da faydalıdır./lent.az

Lakin bu məqamlara mütləq diqqət edin:

 

  • Əvvəlcə mütləq səhiyyə qaydalarına diqqət edin.
  • Nizamlı yatın.
  • Siqaret çəkməyin.
  • Kifayət qədər su için
  • Günəş qoruyucu krem ​​istifadə edin
  • Xüsusilə gözaltına günəş qoruyucu krem çəkin
  • Kompüter ekranı qarşısında mümkün olduğunca daha az zaman keçirin.
  • Evdə gözlərinizə soyuq kompres tətbiq edə bilərsiniz.
  • Çiy kartofu rəndələyib tənzifə töküb gözlərin üzərinə yerləşdirə bilərsiniz.
  • K vitamini ehtiva edən kremlər tündlüklərə köməkçi ola bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ