Iki yaşlı Ardi Rizalu gün ərzində 40 ədəd siqarət çəkir. Bu pis vərdişə onu atası öyrədib. Anası isə bu çətin vəzyyətlə necə başa çıxacağını bilmir.
Sigareti uşağın əlindən almaq cəhdləri hər dəfə uğursuzluqla başa çatıb. Sonda Rizalin problemini həll etmək üçün dövlət qurumları köməyə çatıb. Onlar Ardiyə siqareti atdığı zaman maşın bağışlayacaqlarını deyiblər. Lakin uşaq heç bir şəkildə siqareti atmaq istəmədiyini deyib. Psixoloq və həkimlərin dəstəyi ilə Ardi nəhayət siqareti atmağı bacarıb. Bu zaman isə onda başqa problemlər üzə çıxıb. Belə ki, siqareti atandan sonra Ardinin davranışları xeyli dəyişib. Heç kəsin sözünə qulaq asmayan uşaq daha da agressivləşib. Nikotin asıllığı çəkisi ilə bağlı problemlər yaşadıb, nəfəs sisteminə də ziyan verib. Tez-tez tənginəfəs olan balaca Ardi öz yaşıdları ilə oynamaqda və qaçmaqda çətinlik çəkir. Hal-hazırda ciyərlərində vərəm tapıldığı ehtimal edilən balaca Ardinın gələcəyi haqda nəsə demək çətindir.
Qeyd edək ki, bu problemlə İndoneziyanın bir çox ailələri üz-üzə gəlib. Əhalinin 5 nəfərdən 4-ü siqaret cəkir. Uşaqlar isə siqareti 6 yaşından cəkməyə başlayır. Hər il İndonezyada vərəmdən 120 min insan vəfat edir. Onların isə 60%-ini məhz siqaret cəkənlər təşkil edir./atv
7news.az








