RU
Gözünə dərman əvəzinə super
21:54
646

Gözünə dərman əvəzinə super

Super yapışdırıcı ilə dərmanı səhv saldı, gün işığına həsrət qaldı.

ABŞ-ın Florida ştatında yaşayan Ketrinin ehtiyatsızlığı ona baha başa gəlib. Ağrıyan gözünə dərman damızdırmaq istəyən qadının səhvən dərman əvəzinə, yapışdırıcıdan istifadə etməsi onun ağrılarını daha da şiddətləndirib.

Super yapışdırıcının damcısı onun gözünə dəyən kimi, Ketrin güclü ağrı hiss edib. Ağrının şiddətindən gözünü yumması isə vəziyyəti daha da qəlizləşdirir. Yapışqan onun göz qapağını tutduğundan, bir daha gözünü aça bilmir. Bu vəziyyətdə ilk yardıma zəng vuran qadının gözünü həkimlərin müdaxiləsindən sonra açmaq mümkün olub. Amma tibbi sığortası və pulu olmadığından xəstəxana onun müalicəsini elə həmin gün yarıda saxlayıb.

ABŞ-da ilk dəfə deyil ki, sakinlər göz damcısı ilə super yapışdırıcını səhv salır. Buna səbəb hər iki məhsulun eyni ölçülü qablarda satışa çıxarılmasıdır. Bir neçə il əvvəl, istehsalçı şirkətlərə qabların ölçülərini dəyişməklə bağlı müraciət edilib. Bununla belə, problemin ciddiliyini görmək məsələsində, deyəsən istehsalçılar da göz damcısı ilə yapışdırıcını səhv salıb./atv

7news.az

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ