RU
Haaqada partlayışla əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb
20:08
60

Haaqada partlayışla əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb

Niderland polisi Haaqada çoxmənzilli yaşayış binasında baş verən partlayışla əlaqədar dördüncü şübhəli şəxsi saxlayıb.

Bu barədə 7News.Az Niderlandın hüquq-mühafizə orqanlarının yaydığı məlumata istinadən xəbər verir.

"Haaqada baş verən dağıdıcı partlayışla əlaqədar polis dekabrın 11-də dördüncü şübhəli şəxsi həbs edib. Üç şübhəli şəxs isə bu həftənin əvvəlində (9 dekabr) həbs edilmişdi. Dördünə də yalnız vəkilləri ilə ünsiyyət qurmağa icazə verilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 7-də Haaqada üçmərtəbəli binada partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ