Xalq artisti, kamança ifaçısı Habil Əliyevin xatirəsinə həsr olunmuş gənc kamança ifaçılarının I respublika müsabiqəsinə start verilib.
7News.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşan müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyələrinin inkişaf etdirilməsi və dəstəklənməsidir.
Həmçinin milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.
Əsasnaməyə uyğun olaraq müsabiqənin I-ci turu 11-30 aprel 2016-cı il tarixində Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Ağcabədi, Goranboy rayonlarında, II-ci turu isə 2-5 may 2016-cı il tarixində Ağdaş şəhərində təşkil olunacaq.
Müsabiqə qaliblərinin yekun konserti may ayında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
7News.Az








